ISO 55001:2014 Aktivlərin İdarə Olunması

Əgər sizin təşkilat, biznesin mərkəzində, mürəkkəb strukturlu aktivlərə malikdirsə, siz biləcəksiniz ki, maliyyə, fiziki və ya təşkilati olmasından asılı olmayaraq aktivlərin səmərəli idarəedilməsi strategiyası daha yaxşı əməliyyat nəticələrinə, göstəricilərə və son nəticədə praktiki nəticələrin təkmilləşməsinə səbəb olur.


ISO 55001 nədir?

Aktivlərin idarəetməsində ən yaxşı təcrübələr üzrə təlimat vermək üçün yeni beynəlxaq standartlar dəsti yaradılmışdır. ISO 55001 aktivlərin idarəetmə sistemində proaktiv fəaliyyət müddəti yaratmaqda sizə yardım etməyə diqqət ayırır. Bu aktivlərin optimallaşdırılmasını dəstəkləyir və ümumi sahiblik xərclərini azaltmaqla yanaşı nazım olan icra göstəriciləri və təhlükəsizlik tələblərini ödəməyə yardım edir.



Aktivlərin İdarə Edilməsi üçün hazırsınızmı?

Aktivlərin İdarə Edilməsində sizin yeni olmağınız və ya öz praktiki təcrübənizi daha da artırmaq istəməyinizdən asılı olmayaraq, sizin öz inkişaf yolunuzda sizə yardım göstərmək üçün bizim təlimlərimiz, resurslarımız və xidmətlərimiz mövcuddur. Biz ISO 55001 üzrə həm sertifikasiya həm də yoxlamanı təklif edirik, sizin biznes tələblərinizin nədən ibarət olmasından asılı olmayaraq onlara uyğun olmaqda sizə yardım göstəririk.  Sizin biznes ehtiyaclarınızdan asılı olaraq sertifikatlaşdırmanıza dəstək məqsədilə və ya standart xidmət olaraq yoxlama aparıla bilər.


ISO 55001-in faydaları nədən ibarətdir?

Aktivlərin idarəetmə sistemi aktivlərin fəaliyyət müddətini idarə etmək üçün struktur, ən yaxşı təcrübələrə əsaslanan yanaşmanı təmin edir.

  • Aktivlərin sahibliyi ilə bağlı azalmış risklər – lazımsız xidmət xərcləri və bədbəxt hadisələrin qarşısının alınması  (məsələn qaz qurğularında partlayışlar) ilə bağlı istənilən məsələlər
  • Müştərilər / tənzimləyicilər üçün təkmilləşdirilmiş keyfiyyət təminatı – məhsulların və xidmətlərin təminatı və keyfiyyətində aktivlərin əsas rol oynadığı hallarda
  • Yeni bizneslərin əldə edilməsi – aktivlərin lazımi təhlükəsizlik və icra tələblərini təmin etmək üçün strategiyanın qaydasında olması barədə biliklərdən maraqlı tərəflər əminlik əldə edirlər
  • Beynəlxalq biznes inkişafına dəstək verir – nümayiş etdirir ki, beynəlxalq səviyyədə tanınan aktivlərin idarə edilməsi sisteminin tələblərinə əməl edilir

Nə üçün BSI seçilməlidir?

Biz 100 ildən artlqdlr ki, standartlara yol açırıq və indi də bazar lideriyik. Biz dünyanın 182 ölkəsində qlobal brendlərdən tutmuş kiçik ambisiyalı bizneslərədək 80,000-dən artıq müştəriyə yardım göstəririk ki, onlar öz rəqabət mühitində əlverişli vəziyyətə sahib olsunlar. Standartları əvvəldən axıradək tam başa düşə  bilən bir neçə təşkilatdan biri kimi, biz heç də onlara necə uyğun olduğunuzu qiymətləndirmirik, biz ilk başlanğıcdan yeni standartlar yaradırıq, onlardan istifadə edərək daha yaxşı fəaliyyət göstərmək üçün işçi heyətini qlobal səviyyədə təlimləndiririk. Bizim biliyimiz sizin təşkilatı transformasiya edə bilər.