ISO 14001 ətraf mühitlə bağlı fəaliyyəti təkmilləşdirir

Siz öz ətraf mühitin idarə edilməsi sisteminizi (EMS) yaratmağınızdan və ya rəsmiləşdirməyinizdən asılı olaraq, ISO 14001 sertifikatı tənzimləyici uyğunluq və təchizatçının tələblərindən daha çox məsələləri təmin edə bilər. 

ISO 14001 bütün sektorlar üzrə istənilən ölçülü bizneslərə gündəlik işlərini daha dayanıqlı etməkdə yardım göstərir. Dayanıqlılıq son nəticədə pula qənaət, brend reputasiyasının yaxşılaşdırılması, işçilərin məşğul edilməsi, inamsızlığa qarşı çevikliyin formalaşdırılması və habelə dəyişikliklərə cəld şəkildə adaptasiya olmağa gətirib çıxarır. 

ISO 14001-in aparıcı faydaları BSİ müştərilərində özünü göstərmişdir: 

ISO 14001 standartı sizin biznesinizin satınalma, saxlanma, paylanma, məhsulun yaradılması, istehsalı və sair kimi bir çox aspektlərini necə nəzərdən keçirməkdə sizə təlimat verir ki, bununla da biznesin ətraf mühitə təsiri azalsın. O həmçinin sizi fövqəladə vəziyyətlər, müştəri gözləntiləri, maraqlı tərəflər və yerli icmalarla sizin münasibətinzin idarə edilməsinin qiymətləndirməsindən keçirir.

Sizin təşkilatınızın bu gün necə fəaliyyət göstərməsindən asılı olaraq, nəyi və necə etməklə bağlı sənədləşdirmədən savayı buna çoxlu dəyişiklik etmək lazım gəlməyə də bilər və ya ola bilər ki, bir çox dəyişikliklər edilməklə sizin daha səmərəli biznes fəaliyyətiniz xərc və ya məsrəflərinizin azaldılmasına nail olunsun və sizin maraqlı tərəflərinizin düşüncələrinə sakitlik gətirilsin.


BSI necə yardım edir

Hər hansı standartın tələblərini başa düşmək və / və ya onu biznesinizə tətbiq etmək heç də həmişə sadə bir proses olmur. BSI dünyada saysız-hesabsız təşkilatların təlimləndirilməsi və sertifikatlaşdırmasında yardım etmişdir. 



Artıq ISO 14001 standartı ilə sertifikatlaşdırılmısınız və keçid dövrünə ehtiyacınız vardırmı?

Bizim tərəfimizdən və ya digər şirkət tərəfindən sertifikatlaşdırılsanız da BSİ-yə keçmək istəyinizdən asılı olmayaraq, sizə proses ərzində dəstək vermək üçün bizim lazım olan alətlərimiz və xidmətlərimiz mövcuddur.

ISO 14001-ya keçidiniz barədə ətraflı məlumatı buradan əldə edə bilərsiniz




Nə üçün BSI seçilməlidir?

Biz 100 ildən artlqdlr ki, standartlara yol açırıq və indi də bazar lideriyik. Biz dünyanın 182 ölkəsində qlobal brendlərdən tutmuş kiçik ambisiyalı bizneslərədək 80,000-dən artıq müştəriyə yardım göstəririk ki, onlar öz rəqabət mühitində əlverişli vəziyyətə sahib olsunlar. Standartları əvvəldən axıradək tam başa düşə  bilən bir neçə təşkilatdan biri kimi, biz heç də onlara necə uyğun olduğunuzu qiymətləndirmirik, biz ilk başlanğıcdan yeni standartlar yaradırıq, onlardan istifadə edərək daha yaxşı fəaliyyət göstərmək üçün işçi heyətini qlobal səviyyədə təlimləndiririk. Bizim biliyimiz sizin təşkilatı transformasiya edə bilər.