Bizim tarixçəmiz

1901 – 1914 Başlanğıc mərhələsi

1901-ci ildə London Qüllə Körpüsünü konstruksiya etmiş - Cənab Con Volf-Bari tərəfindən yaradılmış BSİ dünyanın ilk Milli Standartlar Təşkilatı olmuşdur. İlk BSİ komitəsi 22 yanvar 1901-ci ildə - Kraliça Viktoriya vəfat edən gün toplanmışdır. Onun nəşr etdirdiyi ilk standartlar tramvaylar üçün polad bölmələrlə əlaqəli olmuşdur.
BSI Kitemark  12 iyun 1903-cü ildə BSİ tərəfindən qeydiyyata alınmışdır – bu Harli Devidsonun Krayola karandaşı meyadana çıxan il və Tur de Fransın doğulduğu illə eyni vaxta təsadüf etmişdir. Əvvəllər Britaniya Standart Markası kimi tanınansa da sonradan bu Briyaniyanın ən vacib və ən çox tanınan keyfiyyət markalarına çevrilmişdir.

1914 – 1945-ci illər ərzində Standartlaşdırma inkişaf etmişdir.

1920-ci illər ərzində, standartlaşma Kanadaya, Avstraliyaya, Cənubi Afrika və Yeni Zellandiyaya yayılmışdır. Standartlaşmaya ABŞ və Almaniyada da maraq artmışdır.

  • 1929: Texniki Standartlar Komitəsinə Kralın Nizamnaməsi təqdim edilmişdir. 1931-cii ildə öz adını nəhayət Britaniya Standartlar İnstitutuna dəyişərkən 1931-ci ildə ona əlavə nizamnamə verilmişdir.
  • 1939-45: İkinci Dünya Müharibəsi ərzində standartların işi dayandırılmış və səylər 400-dən artıq “müharibə vəziyyəti standartlarının” yaradılmasına yönəldilmişdir.
  • 1942: Britaniya Hökuməti BSİ-ni milli standartları təqdim edən yeganə təşkilat kimi rəsmi olaraq tanımışdır.
  • 1945: Mis boru qurğuları üçün BSİ Kitemark lisenziyaları verilmişdir ki, bunlar da hazırki vaxtadək hələ də güclüdür – bu ən uzun sürən BSİ Kitemarkıdır.

1946 – 1975 Beynəlxalq konsolidasiya və istehlak problemləri

Standartlar havanın çirklənməsi, nüvə enerjisi, sənayedə istifadə üçün təhlükəsizlik rəngləri, məktəb ofis mebeli və heyvanların təyyarə ilə daşınmsı kimi məsələlərlə bağlı nəşr edilmişdir.

  • 1946: ilk dəfə olaraq, BSİ tərəfindən təşkil edilmiş Standartlar Birliyi Konfransı Londonda keçirilmişdir ki, bu da Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) yaradılması ilə nəticələnmişdir.
  • 1953: ev mebellərinə, təzyiq sobalarına və motosikl dəbilqələrinə BSİ Kitemark tətbiq olunmuşdur ki, istehlakçılara malların yaxşı istehsal edilib-edilmədiyi barə biliklər əldə etməyə yardım göstərilsin. 
  • 1951: Daxili istehlakçılara təsir edən standartlar üzrə məsləhətlər vermək üçün Qadınların Məşvərət Komitəsi yaradılmışdır. Bu qurum, bu günkü İstehlakçı və İctimai Maraq Şəbəkəsinin sələfidir ki, o da istehlakçı məhsulları üzrə BSİ-nin texniki komitələrində müştəri təmsilçilyini koordinasiya edir.
  • 1955: BSİ Hemel Hempstead-də Kitemark sınaq obyektini açmışdır. Elə həmin il maşın oturacaq kəmərləri və motosikl dəbilqələri üçün BSİ Kitemarkının məcburi tətbiqi dövlət qanunu qüvvəyə minmişdir.

1975 – 2000 İdarəetmə sistemləri standartları

Bu dövr ərzində, BSİ dünyanın bir çox idarəetmə sistemləri standartlarına, o cümlədən üç ən geniş formada qəbul edilən keyfiyyət, ətraf mühit, sağlamlıq və təhlükəsizlik standartlarına yardım etmişdir. BSİ həmçinin özünün beynəlxalq səviyyədə genişlənməsinə start vermişdir.

  • 1979: BKJ-nin ilk idarəetmə sistemlərinin keyfiyyət standartı, BS 5750 buraxılmışdır ki – bu da ISO 9000 beynəlxalq standartlar seriyasının yaranmasına səbəb olmuşdur. ISO 9001 qlobal səviyyədə milyonlarla təşkilata fayda vermişdir ki, bu təşkilatlarda da istifadəçilərin hesabatı inkişaf və  məhsuldarlığı artırmış və əhəmiyyətli dərəcədə atmış müştəri məmnunluğuna və müştəri bazasının qorunub saxlanmasına səbəb olmuşdur. 
  • 1991: BSI Americas təsis edilmişdir
  • 1992: BS 7750, ətraf mühit standartları üçün dünyanın ilk standartı, ətraf mühitin idarə edilməsi üçün beynəlxalq 140001-i stimullaşdırmışdır ki, bu da bütün dünyada təşkilatların ətraf mühitlə bağlı fəaliyyətlərini təkmilləşdirməyə yardım etmişdir
  • 1995:  Honq Konqda özünün ilk Asiya Ofisi BSİ Pasifik Ltd. şirkətini yaratmışdır
  • 1999: 
     -  Sinqapurda yerləşən sertifikatlaşdırma təşkilatı alınmışdır.
     -  Braziliya, Hindistan, Yaponiya, Koreyaİspaniya, Polşa və Fransada ofislər açılmışdır 
  • 1996:  BS8800-i nəşr etdirmişdir ki, o da BS OHSAS 18001 Peşə Sağlamlığı və Təhlükəsizliyin İdarə Edilməsinin yaradılmasını stimullaşdırmış, şirkətlərin insanları təhlükəsiz şəraitdə qoruyub saxlamasına və ən yaxşı mümkün iş şəraitini təmin etməyə yardım etmişdir.

2000 – Hazırki BSİ özünün qlobal xidmət dairəsini və təklif etdiyi xidmət çeşidlərini əhəmiyyətli dərəcədə genişləndirmişdir

BSİ standartların  yeni nəslinin yaradılmasında aparıcı rol oynamışdır ki, bununla da təşkilatlara daha yaxşı idarə olunmaq, rüşvətxorluq əleyhinə, təşkilati rəhbərlik və aktivlərin idarə edilməsi kimi məsələlərdə daha çox cavabdehlik daşımaq üçün yardımçı olsun. BSİ həmçinin,  ağıllı şəhərlər, nanontexnologiyalar, hüceyrə terapiyası və Binanın İnformasiya Modelləməsi (BIM) kimi yeni sahələrdə ekspertlərlə əməkdaşlığı artırmışdır. 

BSI yeni biznes sahələrinə, yeni ofislərə vəsait yatırmış və yeni partnyorluqlar formalaşdırmışdır:  

Britaniya Standartları beynəlxalq standartlaşdırmanı stimullaşdırmaqda davam edir: tədbirlərin davamlı şəkildə idarə edilməsi üçün BS 8901 standartı ISO 20121 – i stimullaюdэrmэюdэr ki, bu da цz nцvbəsində 2012-ci il  London Olimpiya və Paralimpiya Təşkilat Komitəsi (LOCOG) və Qlasqo 2014 Birlik Oyunları tərəfindən əsil davamlı tədbirlərin keçirilməsi üçün istifadə edilmişdir.

Bu strateji gedişlər nəticəsində və bir əsrdən artıq inkişaf sayəsində, BSI indi müştərilərə kompleks biznes xidmətləri portfelini təqdim edir, bütün dünyada onların fəaliyyətinin inkişaf etdirilməsi və rəqabətliliklərinin yüksəldilməsində onlara dəstək göstərir.