BSI-nin Kral Nizamnaməsi

BSI-ninKral Nizamnaməsi və Nizamnamə Normaları

BSI Kral Nizamnaməsi ilə qeydiyyata düşmüş özəl şirkətdir, ilk dəfə bu Kral Nizamnaməsi 1929-cu ildə (Britaniya Texniki Standartlar Assosiasiyasına) təqdim edilmiş və bundan sonra bir neçə dəfə ardıcıl olaraq yenilənmişdir.

Kral Nizamnaməsi BSİ-nin məqsədini ortaya qoyan sənəddir və onun fəaliyyət diapazonunu, o cümlədən standartlar qurumu kimi onun funksiyalarını, habelə onun təlim, sınaqlar və sertifikasıya keçirmək təklifini etmək bacarıqlarını geniş mənada təyin edir. O heç bir böyük həcmdə şirkət üzrə hər hansı xüsusi vəzifələri və cavabdehlikləri şamil etmir.

Kral Nizamnaməsi Nizamnamə Normaları ilə dəstəklənir ki, bu da BSI tərəfindən görüləcək işlərin bəzi aspektlərinin təfərratlarını ortaya qoyur. Burada üzvlük,Ümumi Yığıncağın aparılması və Direktorlar Şurasının tərkibi kimi məsələlər öz əksini tapır.   


Kral Nizamnamələrinin Tarixi

Kral Nizamnamələrinin tarixi 13-cü əsrə təsadüf edir və bu BK  Gizli Şurasının məsləhəti ilə Britaniya dövləti tərəfindən təqdim olunur.

Onların ilkin məqsədi ictimai və özəl korporasiyalar (o cümlədən inzibati mərkəzlər və şəhərlər) yaratmaq onların üstünlükləri və məqsədini müəyyən etməkdən ibarət idi.

Bu gün, baxmayaraq ki, onlar arabir şəhərlərə şamil edilir, yeni Nizamnamələr ictimai maraqlar üçün çalışan qurumlar üçün nəzərdə tutulur. Bu təşkilatlara profesional təşkilatlar və xeyriyyə cəmiyyətləri daxildir ki, onlar da öz sahələri üzrə müstəsna üstünlük, sabitlik və möhkəmlik nümayiş etdirə bilirlər. BBC və BK-də uzun müddət fəaliyyət göstərən bir sıra universitetlər Kral Nizamnaməsinə malikdir.